İtaliya opera müğənnilərinin konsertində ölkəmizi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyeva təmsil edəcəkdir.
Sentyabrın 18-də İtaliyanın Sassari şəhərində dünya opera müğənnilərinin konserti olacaqdır. Müğənni demişdir: “Mən bir çox ölkələrin klassik musiqi ifaçılarının iştirak edəcəyi bu konsertdə çıxış etməyə dəvət almışam. Repertuarıma Azərbaycanın klassik musiqi nümunələri ilə yanaşı, fransız və italyan bəstəkarlarının əsərlərini də daxil etmişəm”.