İyunun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil və Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 9-da şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12,
gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara əsasən, iyunun 10-u axşamadək Abşeron yarımadasında güclü şimal-qərb küləyinin davam edəcəyi gözlənilir.
APA