Nizami Kino Mərkəzində aprelin 6-dan etibarən mütəmadi olaraq milli filmlərin pulsuz nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, həftə ərzində tamaşaçılara rejissorlar - Elxan Cəfərovun “Dolu”, Ceyhun Mirzəyevin “Fəryad”, Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmləri nümayiş olunacaq.
Nümayişlərin məqsədi tələbə və gənclərin yerli filmlərə marağının artırılması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.
Filmlərin seansları haqqında informasiyanı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən öyrənmək mümkündür: https://www.facebook.com/NizamiCinema?rf=482176415135559
azertag.az