Kənd sakini həmin ilanı təsadüfən öldürüb.
Azərbaycanda qəribə canlı öldürülüb. Ağdamın cəbhəyanı kəndi olan Sarcılı Çəmənlidə ayaqlı ilan peyda olub.
Kənd sakinlərinin verdikləri məlumata görə, kənd sakini həyətində yer qazarkən təsadüfən ilanla rastlaşıb. İlanın orta hissəsində 4 ayağı olub.
Hadisə sakinləri təəcübləndirib. Onlar ilanın şəklini telefonla çəkərək Milli.Az-a göndəriblər.
Milli.Az