“Kapital Bank” cəbhə bölgələrində “Xəzri”nin komissiyasını ləğv edib
7.4.2016

“Kapital Bank” Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq, bu regionlarda yerləşən filiallara “Xəzri” sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmət komissiyasını ləğv edib.

Bankdan bildiriblər ki, bu güzəşt, həmçinin “Kapital Bank”ın Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil olunub.

“Xəzri” təcili pul köçürmə sistemi Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstanın banklarında 3 min 500-dən artıq məntəqədə mövcuddur.

azertag.az