7 aprel Ümumdünya Sağlamlıq günüdür. 1948-ci ildə Birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək məqsədilə bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Ümumdünya Sağlamlıq günü 1950-ci ildən başlayaraq hər il aprelin 7-də qeyd edilir. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinkli paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə işcilərinin problemlərinin həlli də dövlətin diqqətindədir.
Artıq Milli Onkologiya Mərkəzinin yeni uşaq klinikası da tikilərək istifadəyə verilib. Bu, səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində görülən daha bir əvəzsiz işdir. 2012-ci il martın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Milli Onkologiya Mərkəzinin uşaq klinikasına gəlişi, buradakı şəraitlə tanış olması göstərdi ki, gələcəyimiz olan uşaqların sağlamlığı, onlara diqqət və qayğı Fondun fəaliyyətində mühüm yer tutur. Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir. Milli Onkologiya Mərkəzinin uşaq klinikasının istifadəyə verilməsi bu sahədəki problemlərin həlli istiqamətində irəliyə atılan vacib addımdır. Respublikada onkoloji xəstəliyi olan 1000 nəfərə yaxın uşaq var. Klinikanın açılması ilə bu xəstələrin xaricdə müalicə almasına ehtiyac qalmayacaq.
aztv.az