Nizami Kino Mərkəzi MEGOGO onlayn kinoteatrı ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan dilinə surdotərcümə olunmuş filmləri mütəmadi olaraq repertuara daxil edərək tam təmənnasız danışma və eşitmə qüsurlu insanlara təqdim edəcək.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, artıq yaxın günlərdə ABŞ və Çin istehsalı olan “Zamanın ilməsi” bədii filminin nümayişi planlaşdırılıb.
Surdotərcüməli olan filmin Azərbaycanda ilk nümayişi Nizami Kino Mərkəzində baş tutacaq və mərkəzlə MEGOGO onlayn kinoteatrı arasındakı bu əməkdaşlıq davamlı olacaq.
Məlumat üçün bildirək ki, ilk leqal videoplatforma olan MEGOGO onlayn kinoteatrı “Bax necə eşidirsən” layihəsi daxilində surdotərcümə studiyası yaradıb və danışma və eşitmə qüsuru olan insanlar üçün filmlərin surdotərcüməsini və bu filmlərin xüsusi kataloqunu hazırlayır. MEGOGO onlayn kinoteatrın əməkdaşları layihəsi çərçivəsində respublikamızın bölgələrində və müxtəlif ölkələrdə də bu aksiyanın keçirilməsini planlaşdırır.
azertag.az