Metronun "Həzi Aslanov" stansiyasında eskalator istifadəyə verildi
8.4.2016

Metronun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, stansiyanın 2-ci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir.

Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılmışdı.


trend.az