“Samsung” şirkəti göz üçün daxili kamera və displeylə təchiz olunmuş linzanın istehsalına başlamaq üçün patent əldə edib.
Belə bir cihazla insan, sadəcə, gözünü açıb-yummaqla şəkil çəkə biləcək.
“Ağıllı” linza adi linzalar kimi gözə taxılır. Ancaq digərlərindən fərqli olaraq, bu linzada görüntünü gözə layihələndirməyi bacaran displeyi və daxili kamerası mövcuddur.
Həmçinin yeni tərtibata istənilən cihazla sinxronlaşdırılmış antena da əlavə olunub ki, onun köməyi ilə çəkilən şəkilləri bu cihazlara köçürmək və ötürmək, hətta smartfona da atmaq mümkündür.
Bundan başqa, bu cihazın köməyi ilə linzaların parametrlərini müəyyən etmək olar. Bu tərtibat əlavə reallıq üçün demək olar ki, gözəgörünməz avadanlıq olacaq.
lent.az