İsveçin paytaxtı Stokholmda baş tutacaq “Eurovision 2016” mahnı müsabiqəsində ölkələrin çıxış sıralaması təqdim edilib.
Bu barədə yarışmanın rəsmi internet saytında yazılıb. Belə ki, yarışmanın ilk günü – mayın 10-da səhnəyə ilk Finlandiya təmsilçisi çıxacaq. Mayın 12-də baş tutacaq ikinci yarımfinalda səhnədə sonuncu mahnını Belçika təmsilçisi oxuyacaq.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq.
Finala birbaşa vəsiqə qazanan ölkələr isə Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.
Təmsilçimiz “Eurovision 2016”da “Miracle” mahnısını səsləndirəcək.
publika.az