Sürücülərə ŞAD XƏBƏR: Bakıdakı bütün parkinqləri bu proqramda tapın!
8.4.2016

APA Holdinqin İT departamentinin əməkdaşı Emin Əhmədov maraqlı layihə hazırlayıb.

“Azparkinq” (AzParking) layihəsi yolkənarı ödənişli və ödənişsiz parkinqlərdən istifadənin səmərəliliyi və yol tıxaclarının azaldılmasını təmin etməyi özünün əsas missiyası hesab edir. “Azparkinq” (AzParking) layihəsinə aid tətbiq Bakı şəhərində yerləşən bütün yolkənarı ödənişli və ödənişsiz parkinqlərin, ticarət mərkəzlərinə (Parkbulvar, Metropark və s.) aid olan parkinqlərin yerləşmə nöqtələrini istifadəçiyə təqdim edir.

Tətbiq sürücünün yerləşmə nöqtəsindən seçilmiş parkinq nöqtəsinə olan məsafə və bu məsafənin dəf edilməsi üçün ən uyğun yol variantını özündə əks etdirir. İlkin olaraq layihənin “android” əməliyyat sisteminə uyğun tətbiqi işlənib hazırlanıb. Yaxın zamanda digər mobil platformalar üçün tətbiqin hazırlanması nəzərdə tutulub.


“Azparkinq” (AzParking) layihəsi Azerbaycanda İnformasiya və Kommunikasiya Texnologiyaların inkişafı kimi dəyərləndirilir. Habelə sürücülərin vaxta qənaət edib parkinq məntəqələrinə daha rahat çatmasına xidmət edir. Layihənin “android” əməliyyat sistemləri üçün tətbiqini bu YÜKLƏMƏ ünvanından yükləyə bilərsiniz. Tətbiq mobil telefonun gps kordinantlarını götürüb yaxın parkinq nöqtələrini özündə əks etdirir. 

Android ƏS istifadəçiləri üçün link::
https://play.google.com/store/apps/details?id=az.azpark.azpark


lent.az