Aprelin 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Abdulla Şaiqin xalq nağılı əsasında qələmə aldığı “Qaraca qız” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, ikihissəli nağıl-tamaşa Əməkdar Artist Loğman Kərimovun quruluşunda təqdim olunacaq. Tamaşanın rəsm quruluşu İlham Elxanoğluya, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur. Səhnə əsərində əsas rolları Xalq Artisti Hacı İsmayılov, Əməkdar Artist Münəvvər Əliyeva, aktyorlar Xədicə Novruzlu, Nigar Məmmədova, Nigar Güləhmədova, Rovşən Kərimduxt, Elnar Qarayev və başqaları ifa edəcək.
Tamaşa təbii fəlakət nəticəsində valideynlərini itirən və bir qaraçı ailəsinin himayəsində böyüyən balaca Tutunun həyatından bəhs edir.
Məlumat üçün bildirək ki, tamaşa teatrda ilk dəfə 2013- cü il martın 16-da səhnəyə qoyulub.
azertag.az