Bakıda avtobus yanıb kül oldu. Hadisə yerində olan şahidlərdən biri məlumat verərək bildirib ki, yanğın Sumqayıtdan Bakı istiqamətinə gələrkən Bakı Beynəlxalq Avtovağzalına 100 metr qalmış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətindən verilən məlumata görə, hadisə yerinə adi çağırışla 3 yanğınsöndürən maşın gedib. Avtobus söndürülüb. Avtobus yanaraq külə dönüb.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb maşının mühərriyində yaranan nasazlıq səbəb olub. Verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Milli.Az