Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsində növbəti təqdimat ünvanı Qusar rayonu olacaq.
Nazirlikdən bildirilib ki, tədbir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə aprelin 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Qeyd edək ki, teatrın foyesində sərgi təşkil olunacaq, mərasimdə Qusar rayonun bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək.
Xatırladaq ki, Qusar rayonu həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı üzrə 2016-cı ildə “Azərbaycanın folklor paytaxtı” elan olunub.
azertag.az