Qoç - Asanından tutmuş çətininə qədər müxtəlif məsələlərin həlli üçün əlverişli gündür. Bütün çətinliklərin öhdəsində gələ biləcəksiniz. Üstəlik, seçdiyiniz üsullar səy tələb etməyəcək. Həmkarlarınız və partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin hamı sizin nöqteyi-nəzərinizin düzgün olduğunu qəbul edəcək. Sadəcə olaraq, bunun geci-tezi var.
Həyat potensialı yüksəkdir. Siz enerji ilə dolusunuz və özünüzü yaxşı hiss edirsiniz. Fiziki işlə məşğul olmaq, idman yarışlarında iştirak etmək olar. Bəzi Qoçları olduqca əyləncəli romantik macəra gözləyir.
Buğa - Günün birinci yarısında mənfi tendensiyaların təsiri çox güclü olacaq. Siz arzularınız xüsusunda hərəkət etməyə meyllisiniz. Özünüzü lazım bildiyiniz kimi aparmaq istəyirsiniz. Bu, ənənələr, nəzakət normaları, hətta, bəzən qanuna zidd olsa belə. Planlaşdırılmamış xərclər mümkündür. Bir çox Buğalar pullarını tamamilə ümidsiz və perspektivsiz layihələrə qoymağa meyllidirlər.
Yaxınlarınızla münaqişələr ehtimalı var, sevgililər arasında küsülülük istisna deyil. Buğalar kompromisə getmək istəmirlər. Baxmayaraq ki, güzəştin vacib olduğunu öz-özlərinə etiraf edirlər. Axşam xoş sürprizlər mümkündür.
Əkizlər - İşlərdə problemlər mümkündür. Fikri diqqət tələb edən məsələlərə yönəltmək çətin olacaq. Üstəlik, ətrafdakılar sizin işlərinizə yersiz müdaxilələr edəcəklər. “Ayı xidməti” göstərən bədxahlardan qorunmaq lazım gələcək. Daşınmaz əmlak almaq, təmirə başlamaq, biznesə pul qoymaq tövsiyə olunmur.
Çoxdan gözlədiyiniz xəbəri ala bilərsiniz. Darıxdığınız adamın özünü xatırlatması da istisna deyil. Ümumi planların, birgə fəaliyyətin müxtəlif aspektlərinin müzakirəsi üçün yaxşı gündür.
Xərçəng - Gün uğurlu başlayacaq. Siz gümrahlıq və yaşam gücünüzün artdığını hiss edəcəksiniz. Səhər saatları qadınlarla ünsiyyət üçün münasibdir. Axşama doğru isə güclü cinsin nümayəndələri ilə dil tapmaq daha asan olacaq.
Bu gün diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar asan qurulacaq, baş gicəlləndirən romanlar başlayacaq. Bir çox Xərçənglər evlilik təklifləri alacaqlar. Çətin vəziyyətlərdə diplomatiklik və nəzakət köməyinizə çatacaq: hətta ən küsəyən adamlar da sizdən narazı qalmayacaqlar.
Şir - Əlverişsiz gündür. İşlər pis gedəcək. Mənfi tendensiyaların təsirinin öhdəsindən gəlməyin bir yolu var: dərhal həyatınızı dəyişməyə başlamaq. Dəyişikliklər nə qədər köklü olsa, o qədər yaxşıdır.
Özünüzü qoruyun: ciddi nasazlıqlar, qida zəhərlənməsi, zədə təhlükəsi var. Yaxınlarınızda münaqişələrdən qaçmağa çalışın, münasibətlərin aydınlaşdırılmasını daha sakit vaxta saxlayın. İri bazarlıqlar etmək tövsiyə olunmur. Gün hədiyyə seçimi üçün münasib deyil.
Qız - O qədər də əlverişli gün deyil. Ümidlərinizin qismətində doğrulmaq yoxdur. Amma siz bununla o dəqiqə barışmaq istəməyəcəksiniz. Əksər Qızları dünyanın ədalətsizliyi hiddətləndirəcək. Bu gün üçün qurduğunuz planlar, çətin ki, həyata keçsin.
Qızlar bu gün çox qısqancdırlar (bu, bürcün adətən qısqanclıqdan uzaq nümayəndələrinə də aiddir) və bu səbəbdən sevdikləri adamla münasibətlərdə çətinliyi özləri yaradacaqlar. Tənha Qızlara isə sakitliyi qorumaq çətin olacaq, onlar boş şeylərə görə əsəbləşəcəklər. Xüsusi ehtiyatlılıq tələb olunur. Çünki zədələr baxımından təhlükəli gündür.
Tərəzi - Mənfi tendensiyaların təsiri hələ də güclüdür. Bu dəfə onlar sizi hər şeydən şübhələnməyə, qısqanclığa vadar edəcəklər. Əlbəttə, istənilən informasiyanı yoxlamağa can atmaq təqdirəlayiqdir. Amma bu gün o, absurd həddinə çatacaq.
Bununla belə, günün müsbət tərəfləri də var. Yaradıcılıq potensialı yüksəkdir və çoxlu yaxşı ideyalar yaranacaq. Maraqlı təklif və dəvətlər almağınız mümkündür. Gün böyük səyahətə başlamaq üçün münasibdir.
Əqrəb - Əlverişsiz gündür. Taledən hədiyyə, ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər şeyi yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, bu, yorucudur. Hansısa yeni layihə üzərində işə başlanması mümkündür. İlk addımlar çətin olacaq.
Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə çalışın.
Oxatan - Əlverişsiz tendensiyaların təsiri hiss olunsa da, çox pis gün deyil. Verdiyiniz vədlərə əməl etməyə və öhdəliklərinizi yerinə yetirməyə can atmağınız təqdirəlayiqdir. Şəxsi intizam çox faydalı olacaq.
Borc vermək və çətin maliyə məsələlərini həll etmək tövsiyə olunmur. Ümumiyyətlə, bu gün ciddi məsələlər barədə başqalarının düşünməsi, sizin isə boş şeylərlə məşğul olmağınız ən yaxşısıdır. Xanım Oxatanlar yeni romanın başlanmasına ümid edə bilərlər.
Oğlaq - İşlər pis getməyəcək. Lakin mənfi tendensiyalar hələ də hiss olunacaq. Siz hər zaman kələk gözləyir və bununla da öz imkanlarınızı məhdudlaşdırırsınız. Heç olmasa, indiyədək dəfələrlə sədaqətini göstərmiş adamlara etibar edin - bu adamlar sizi pis vəziyyətdə qoymayacaqlar. Yeni başlanğıclarda problemlər yarana bilər. Amma bu gün yaranan çətinliklərin əksəriyyəti həll oluna biləndir.
Günün ikinci yarısında ətrafdakılara öz üstünlüyünüzü göstərmək istəyi yaranacaq. Bu üzdən bəzi Oğlaqlar çox aqressiv olacaqlar.
Dolça - Çoxlu səhvlər buraxır, emosiyalarınıza uyğun hərəkət edir, ehtiyat və sağlam düşüncəni bir anlıq istəklərinizə qurban verirsiniz. Bu, gec və ya tez xoşagəlməzliklərə səbəb olacaq. Təcrübəli adamların məsləhətlərinə qulaq asın. Sizə dəyər verən insanlar sizi düşünülməmiş hərəkətlərdən qorumağa çalışacaqlar.
Birgə layihələrdə iştirak etmək, başqalarının biznesinə pul qoymaq tövsiyə olunmur. Səfərlərdə ehtiyatlı olun: onlar müsbət emosiyadan daha çox, narahatlıq və təlaş gətirəcəklər.
Balıqlar - Əlverişsiz tendensiyaların təsiri hələ də güclüdür. Siz tez-tez səbəbsiz yerə əsəbləşir, boş şeylərə görə həyəcanlanırsınız. Bu gün bürcün bir çox nümayəndələri üçün ciddi sarsıntılarla yadda qalacaq. Bu sarsıntılardan sonra onların özlərinə gəlməsi o dəqiqə alınmayacaq.
İş məsələlərini həll etmək arzuolunan deyil. Siz şəxsi və peşə məsələlərini bir-birinə qatmağa meyllisiniz. Bu, həyatın hər iki sahəsində gərginliyə səbəb ola bilər. İşdə məhəbbət macəralarından uzaq durmağa çalışın. Onlar sizin xeyrinizə olmayacaq.
Milli.Az