“Apple Watch” sahiblərinin 62 faizi “Apple Watch 2” əldə etmək istəyir
11.4.2016

Populyar “Apple Watch” cihazı sahiblərinin 62 faizi “Apple Watch 2” əldə etməyə hazırdırlar.

Belə bir nəticə 2 500 nəfər aktiv “Apple Watch” istifadəçilərinin cavabları əsasında hazırlanıb. Onlar bu ciazın analoqunu istifadə etmək istəmirlər.

“Apple Watch” istifadəçiləri arasında aparılan araşdırma göstərib ki, bu gün populyarlıq qazanan birinci nəsil “ağıllı” saat istifadəçiləri gələcəkdə ikincini də almağı planlaşdırırlar. “Apple Watch” istifadəçiləri üçün daha prioritet olanı isə sağlamlığa nəzarət, musiqi dinləmə və şəxsi məlumatlara baxmaq funksiyaları olub.

“Apple Watch” saatları beynəlxalq bazara çıxandan dərhal sonra bu markadan olan “ağıllı” saatlar bütün rəqiblərini geridə qoyub. Alıcıların fikrincə, “Apple Watch”un belə tez populyarlıq qazanmasının səbəbi brendin reklamıdır. Digər tərtibatçıların “ağıllı” saat istifadəçiləri isə bildirib ki, reklama əlavə pul ödəmək istəmirlər.

“Ağıllı” cihazın ikinci nəslinin təqdimatının nə zaman baş tutacağı barədə dəqiq məlumat yoxdur.


lent.az