Hər gün bir alma yeyərək ömrünüzü uzadın - ARAŞDIRMA
11.4.2016

Avstraliyada 1456 qadın arasında aparılan araşdırmalar sübut edib ki, gündə bir alma yeyən insanlar digərlərinə nisbətən daha uzun yaşayır. Belə bir sual yaranır: alma ömrü necə uzadır?

Məlum olub ki, gündə bir ədəd alma yemək erkən yaşda ölüm riskini 35% azaldır. 70 və 85 yaşlı 1456 qadın arasında 15 il ərzində aparılan araşdırmaların nəticəsinə görə, gündə 100 qram alma yeyən qadınlar daha uzun yaşayır. Təcrübəçi Conathan Hodgson bu təsirin alma qabığındakı flavanoidlər və liflər sayəsində olduğunu bildirib.

Flavanoidlər antioksidan təsiriylə hüceyrələrin zədələnməsinin qarşısını alır. Alma qabığındakı liflər isə xolesterolu və təzyiqi nizamlayır, xərçəng riskini azaldır. Eyni zamanda maqnezium, kalium və C vitamini qaynağı olan alma digər meyvələrə nisbətən daha böyük bir təsirə malikdir. Hər gün alma yeyən insanların sağlam bir həyat yaşadıqları sübut olunub. Almayla birlikdə digər meyvə və tərəvəzləri yemək də sağlamlığınıza və daha uzun yaşamağınıza qatqı təmin edir.


lent.az