ABŞ-da dünya şou-biznesinin ən nüfuzlu mükafatlarından biri sayılan "MTV Movie Awards" mükafatının təqdimat mərasimi keçirilib.
Kaliforniya ştatındakı Burbenk şəhərində təşkil olunmuş mərasimin aparıcıları Kevin Hart və Dueyn Conson idi.
Qonaqlar arasında Semüel Li Cekson, Uill Smit, Şarliz Teron, Cici Hadid, Kendal Cenner, bloqer Rayt və başlanarı vardı.
Mərasimin triumfatoru "Star Wars: The Force Awakens" filmi olub. Lent 3 nominasiyada qalib gəlib.
"Ən yaxşf film" nominasiyasında mükafatı təqdim edərkən səhnəyə çıxan Aleksandr Skarsqardın əynində smokinq olsa da, şalvar yoxdu. O, "Mən Tarzanam!" deyərək baş rolda çəkildiyi blokbasterin premyerasının yaxınlaşdığını xatırladıb.
Aktyor Uill Smitə "Nəsillər mükafatı" verilib.
Lakin ən çox diqqəti "Suicide Squad" filmində baş rolda çəkilmiş Cared Leto, Marqo Robbi və Kara Delevin cəlb ediblər.
Mükafatın qaliblərini təqdim edirik:
"İlin filmi" - "Star Wars: The Force Awakens"
"Ən yaxşı qadın rolu" - Şarliz Teron (Mad Max: Fury Road)
"Ən yaxşı kişi rolu" - Leonardo Di Kaprio (The Revenant)
"İlin debütü" - Deyzi Ridli (Star Wars: The Force Awakens)
"Ən yaxşı komediya aktyoru" - Rayan Reynolds (Deadpool)
"Əkşn janrında ən yaxşı aktyor" - Kris Pratt (Jurassic World)
"Ən yaxşı qəhrəman" - Cennifer Lourens (The Hunger Games: Mockingjay - Part 2)
"Ən yaxşı qəddar" - "Star Wars: The Force Awakens"
"Ən yaxşı virtual qəhrəman" - Emi Poler (Inside Out)
"Real hadisələrə əsaslanan ən yaxşı film" - (Straight Outta Compton)
"Ən yaxşı sənədli film" (Amy)
"Ən yaxşı aktyor ansamblı" - (Pitch Perfect 2)
"Ən yaxşı öpüş" - Rebel Uilson və Adam Divayn (Pitch Perfect 2)
"Ən yaxşı dava" - Dedpul Ayaksa qarşı (Deadpool)
milli.az