"Azərbaycanfilm" kinostudiyası yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir.
Təşkilati dəstək: Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı.
İnformasiya dəstəyi: ANS teleradio yayım şirkəti, ANS-Press, Trend.Az, Milli.Az və Day.Az internet portalları.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə müəllifin orijinal işi olan ssenarilər qəbul olunur.
2. Ssenarilər 11.04.2016 tarixindən 11.06.2016 tarixinədək qəbul olunur. Qaliblərin adları 02.08.2016 tarixinədək elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər.
3. Müsabiqəyə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş ssenarilər qəbul olunur.
4. Bir müəllif istənilən sayda ssenari təqdim edə bilər.
5. Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə və .doc və ya pdf formatında script@azerbaijanfilm.az və ya Moskva pr.1, AZ1012 Bakı ünvanına təqdim olunmalıdır. Səhifələr yuxarı sağ küncdə nömrələnməlidir.
6. Ssenarinin titul (birinci) səhifəsində ssenarinin adı qeyd olunmalıdır. Müəllifin adı, soyadı, əlaqə telefonaları, email ünvanı və sinopsisin qeyd olunduğu məlumatlar ssenari ilə birgə, amma əlavə sənədlə göndərilməlidir. Ssenari ilə birgə sinopsisin göndərilməsi mütləqdir.
7. Müsabiqədə yalnız 35 yaşınadək olan müəlliflər iştirak edə bilər.
8. Hər hansı bir istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur. Müsabiqənin davam etdiyi müddətdə istehsala buraxılan ssenarilər deskvalifikasiya olunurlar.
9. İştirakçı müsabiqəyə ssenari təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir.
10. Qaliblərin adları KİV-də və www.azerbaijanfilm.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən ssenarilərə şərh vermirlər.
11. Təqdim olunan ssenarilərin qalib olub-olmayacağından asılı olmayaraq, müəllif hüquqları qorunur. Müəliflərə ssenariləri təqdim etməkdən öncə, ssenarini Müəllif Hüquqları Agentliyində qeydə almaq tövsiyə olunur.
12. Müəllif ssenari təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir.
Qeyd edək ki, 2015-ci ildə istehsal olunan "Şəhər motivləri 4.1" kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olmuşdur. Dörd gənc rejissorun lentə aldığı "40-cı paraleldə" adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanmışdır.
Əlaqə məlumatları:
Tel: +994 12 430 1791
Email: script@azerbaijanfilm.az
Ünvan: Moskva pr.1, AZ1012 Bakı
milli.az