Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən tibb klubu tərəfindən 14 iyun - Dünya Qan Donoru Gününə həsr olunmuş seminar keçiriləcəkdir.
“İrəli” İB-nin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 14-də təşkil olunacaq tədbirdə gənclər arasında qanvermə ilə bağlı sorğu aparılacaqdır.
Bu il Dünya Qan Donoru Günü “Qan donoru - qəhrəmandır” devizi ilə qeyd ediləcəkdir.
AzərTAc