Nino Katamadze və "Insight" qrupunun konserti
12.6.2012

"Buta" İncəsənət Mərkəzi Bakıda Nino Katamadze & Insight qrupunun konserti və “Green” albomunun təqdimatını təşkil edir. Konsert 2 iyul Yaşıl Teatrda keçiriləcək. Nino Katamadze & INSIGHT -bu, çətin, ağıllı musiqidir. Qrupun mahnıları insan həyatının əbədiliyi haqqında düşünməyə, ümid etməyə vadar edir. Bu musiqi ciddi incəsənətə qiymət verməyi bacaranlar üçündür.

Nino & Insight-ın yeni «GREEN» albomu "Red" albomundan bir il sonra buraxılır. İndi gürcü musiqiçiləri yeni musiqi formasına müraciət edir. "Green" albomunda musiqiçilər caz ənənələrinə, "ağıllı" caza müraciət edib. "Vahagn" və "English" kompozisiyalarında kiminsə həyatından danışılır və Nino elə ifa edir ki, sanki, fikirlərinizi oxuyur və onlara öz dilində cavab verir. Ötən ildən fərqli olaraq Nino Katamadze yeni albomun təqdimatında dəvət olunmuş musiqiçiləri elan etmir.

Biletlər 6 iyundan etibarən şəhərin kassalarında satışa çıxarılacaq.

bakulife.az