Böyük Britaniyanın «British Midland International» aviaşirkəti (BMI) tərəfindən bu gün yerinə yetirilən 926 saylı Bakı-London aviareysi təxirə salınıb.
Aviaşirkətin Bakı ofisindən verilən məlumata görə, aviareysin təxirə salınmasının səbəbi təyyarənin cədvələ uyğun olaraq saat 07:40-da Bişkəkdən (Qırğızıstan) Bakıya gəlməməsi ilə bağlıdır. Bu isə öz növbəsində təyyarədə texniki problemlərin yaranması ilə əlaqədardır: «Hazırda bu təyyarənin Bakıya bu gecə saat 03:15-də gələcəyini gözləyirik. Lakin sabah Bakı-London marşrutu üzrə saat 08:30-da digər təyyarə ilə aviareys yerinə yetiriləcək və bugünkü aviareyslə gedə bilməyənlər həmin aviareyslə yola düşə biləcəklər».
Qeyd edək ki, BMI aviaşirkəti Lodon-Bakı-Bişkek-Bakı-London aviareysini «Airbus-321» təyyarəsi ilə yerinə yetirir.
APA