“Səssizliyin sözləri” mim tamaşası nümayiş olunacaq
12.4.2016

Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzində “Səssizliyin sözləri” mim tamaşası səhnələşdiriləcək.

Muğam Mərkəzindən bildirilib ki, səhnə əsəri fransız komediya və mim aktyoru Loran Dökolun ifasında təqdim olunacaq. Tamaşa Fransız İnstitutu və Fransa səfirliyinin dəstəyi ilə “Frankofoniya və Fransız dili həftəsi” çərçivəsində nümayiş olunacaq.

Qeyd edək ki, Loran Dökol məşhur mim ustaları Marsel Marso və Etyen Dekrunun ən yaxşı tələbələrindən sayılır. “Səssizliyin sözləri” mim tamaşası Fransa, Koreya Respublikası, Rusiya, Hindistan və bir çox Afrika ölkələrində səhnələşdirilib. 8 müxtəlif parçadan ibarət tamaşanın baş qəhrəmanı özünü həddən artıq sevən və özündən razı olan, buna görə də bir çox gülməli situasiyalara düşərək öz emosionallığını və komikliyini büruzə verən şəxsdir.

azertag.az