Aprelin 28-də Monte-Karloda “Art Monaco” Müasir İncəsənət Sərgisi keçiriləcək.
Beynəlxalq sərgidə Əməkdar Rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun da əsərləri nümayiş olunacaq.
Sərgiyə qonaq qismində qatılacaq rəssam burada məşhur italiyalı aktrisa Monika Belluççinin portretini təqdim edəcək. Həmçinin, rəsm əsərinin sərginin sonuncu günü aktrisaya hədiyyə olunacağı nəzərdə tutulur.
Qeyd edək ki, “Art Monaco” müasir incəsənət sərgisində hər il peşəkar və gənc rəssamlar, mesenatlar, nüfuzlu qalereyaların sahibləri, eləcə də kolleksionerlər iştirak edirlər.
Sərgi mayın 1-dək davam edəcək.
azertag.az