“Hitachi” insanabənzər məsləhətçi robotunu təqdim etdi
12.4.2016

Bir neçə gün öncə Yaponiyanın Tokio şəhərində “Hitachi” şirkəti tərəfindən tərtib edilmiş insanabənzər “EMIEW-3” robotunun təqdimatı keçirilib.

Bu avadanlığın əsas üstünlüklərindən odur ki, bu robot kütlənin içində olan və köməyə ehtiyacı olan insanları tapıb, onlarla müstəqil olaraq ünsiyyət yarada bilir.

Tərtibatçılar bildirib ki, kameralar və cihazlar sistemi sayəsində robot əlilləri analiz edir və onlardan özünü itirmiş kimi hiss edənləri müəyyən edir. Belə texnologiya mağazalarda, hava limanlarında, xəstəxanalarda, hətta muzeylərdə istifadə oluna bilər.

Robotun boyu 90 santimetr təşkil edir. O, olduqca kompakt və cəlddir, sürəti isə 6 km/saata çatır.

Bundan başqa, robot 4 dildə danışa bilir və daimi olaraq öyrənir, öz səhvlərinə düzəlişlər edir. Belə bir köməkçini ancaq yerli bazarda deyil, başqa ölkələrdə də əldə etmək mümkündür. İstehsalçı yeniliyin qiymətini hələlik açıqlamır.

lent.az