Azərbaycanda yol hərəkəti qaydalarını pozan piyadalar üçün nəzərdə tutulan cərimənin məbləği iki dəfə artırılıb
12.6.2012

Milli Məclisin növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.

Dəyişikliklər layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, piyadalar yolun hərəkət hissəsini, dəmir yol keçidini müəyyən olunmayan yerdən keçilməyə görə 20 manat cərimə olunacaqlar (hazırda bu məbləğ 10 manatdır).

Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

APA