Aprelin 13-də Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Moskvaya gəlib.
Səfərin birinci günü nazir Rusiya Dövlət Humanitar Universitetində olacaq, A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüşəcək, Rusiya Xalq Təsərrüfatı Nailiyyətləri sərgi kompleksində təşkil olunacaq Üçüncü Beynəlxalq Moskva Təhsil Salonu sərgisinin açılışında iştirak edəcəkdir.
azertag.az