İngiltərədə yeraltı narkotik tarlası aşkar edilib - FOTO
12.6.2012

İngiltərə polisi yerin altında narkotik bitkilər yetişdirən cinayətkar qrup aşkar edib. Avon və Somerset polislərinin Somersetdə birgə həyata keçirdikləri əməliyyat nəticəsində yerin təxminən 3 metrə yaxın dərinliyində salınmış gizli tarlada narkotik bitkilərin yetişdirildiyi təsdiqlənib.

Polis tarlada bazar qiyməti 110 min dollar dəyərində 130 marixuana kolu aşkar edib.

Termal kameradan istifadə edən cinayətkarlar tarlada işıqlandırma və sulama sistemi quraraq marixuana yetişdirirmişlər. Yerli hakimiyyət yerin altında marixuana yetişdirməyin yeni metodu olduğunu bildirir.

Trend