“Hitachi” şirkəti alıcılara xidmət üçün nəzərdə tutulan “EMİEW” insanabənzər robotun üçüncü versiyasını təqdim edib. Şirkətin press-relizində deyilir ki, robot köməyə ehtiyacı olan mağaza müştərilərini müəyyən etməyi bacarır.
Mağazada alıcıları inamla müşayiət etmək və onlardan geri qalmamaq üçün “EMİEW3” saatda 6 kilometrə qədər sürətlə hərəkət edir. Robot yıxılanda ayağa durmağı, döngəyə yaxınlaşdıqda isə tini önən müştəri ilə toqquşmamaq üçün sürəti azaltmağı bacarır.
“EMİEW3” müştərilərə təklikdə yox, digər robotlarla birgə xidmət göstərəcək. Vahid şəbəkənin bütün iştirakçıları bir-biri ilə qarşılıqlı fəaliyyətdə olacaq. Məsələn, satışı həyata keçirən robot alış haqqında məlumatı robot-kassirə ötürə bilər.
“EMİEW3”ün daha bir maraqlı xüsusiyyəti ticarət mərkəzlərində mövcud olan səs-küy fonunda alıcı-həmsöhbətin səsini ayırd etmək imkanıdır.
Uğurlara baxmayaraq, şirkət yeni “EMİEW” robotunu 2018-ci ildən tez istehsala buraxmayacaq.
azertag.aя