Dünyanın ən hündür adamının boyu daha artmayacaqdır
12.6.2012

Sultan Kösenin boy artımını tənzimləyən vəzisindəki problem aradan qaldırılmışdır.
2009-cu ildən bəri dünyanın ən hündür insanı sayılan Sultan Kösenin boyu daha artmayacaqdır.

Türkiyədən olan Ginnes rekordçusunun həkimləri demişlər ki, Kösenin beynində olan xərçəng şişi boyun artımını tənzimləyən vəzidə pozuntu yaradır və nəticədə onun boyu davamlı şəkildə artırdı. Artıq 7 yaşında ikən Kösenin boyu atasına çatmışdı. Lakin bu yaxınlarda edilmiş ardıcıl cərrahiyyə əməliyyatlarından sonra həkimlər bu unikal xəstəliyin qarşısını ala biliblər.

Qeyd edək ki, son 3 ildə dünyanın ən hündür insanı rekordunu əlində saxlayan Sultan Kösenin boyu hazırda 2 metr 51 santimetrdir.

AzərTAc