Londonda Avropanın ən böyük ticarət mərkəzi açılıb
16.9.2011

Londonda Avropanın ən böyük ticarət mərkəzi «Westfield»in açılış mərasimi keçirilib. «Sky News»ə istinadən verdilən məlumata görə, ticarət mərkəzində 300 mağaza, 70 restoran və 14 kinozal yerləşir.
«Westfield»də dünyanın ən məşhur brendlərinin - «Marks&Spencer», «John Lewis», «Apple» və «Next»in mağazaları fəaliyyət göstərəcək. Mağazaların hər biri alqışlarla açılıb.
Qeyd edək ki, «Westfield» ticarət mərkəzi Londonun Olimpiya parkının yaxınlığında tikilib. 2012-ci il London Yay Olimpiya Oyunlarında yarışların böyük hissəsi məhz bu stadionda keçiriləcək. Mərkəzin özündə Olimpiya yarışlarının translyasiyası üçün böyük ekranlar quraşdırılacaq. Ticarət mərkəzinin tikintisi 1,45 mlrd. funt sterlinqə (2,3 mlrd. dollar) başa gəlib.