Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.
Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar
www.azal.az/az/article/31082015
Əlavə məlumat üçün:
Telefon: (012) 598 88 80 / *8880
Email: callcenter@azal.az
trend.az