Saatlı rayon sakini Şücaət Hatəmovun təsərrüfatında qeyri-adi buzov dünyaya gəlib.
“Space” telekanalının məlumatına görə, buzovu digərlərindən fərqləndirən beş ayaqlı olmasıdır.
Beşinci ayaq buzovun boyun hissəsində yerləşir və bu ayağın digərlərindən fərqi bədənə sümüklə deyil, dəri vasitəsi ilə birləşməsidir. Daha bir fərqli cəhət isə buzovun beşinci ayağının dörd barmağının olmasıdır.
İki günlük buzov normal qidalanır və gəzir.
VIDEO
Milli.Az