Fransız arxeoloqlar Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən qədim mirvarisini tapmışlar.
2 mm böyüklükdə olan mirvarinin təxminən 7.500 il yaşı vardır.
Neolit dövrünə aid laylarda aşkarlanmış tapıntıya həsr olunmuş mətbuat konfransında Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) arxeoloqları bildirmişlər ki, Misir, Babilistan, Hindistan və ya Çində belə mirvari olmamışdır.
İndiyədək ən qədim mirvarilər qədim Babilistan ərazisində tapılmışdır. Həmin mirvarilərin yaşı da 4 min ildən çox deyildir.
AzərTAc