Geyimlərin orijinallığını yoxlamaq asanlaşacaq
15.4.2016

“Moncler” brendinin səlahiyyətliləri bu ildən etibarən bütün məhsulları radiotezlikli identifikasiya (RFID) texnologiyası ilə işləyən xüsusi çiplə təchiz edəcəklərini açıqlayıblar.

Həmin çiplərin təsir radiusu 3-4 metr olacaq. Bu çiplər sayəsində “Moncler” geyimlərinin sahibi öz təhlükəsizliyinə və geyim əşyasının orjinallığına əmin olacaq.

Ötən il adı çəkilən firma Çindəki istehsalçılarına qarşı 420 milyon avroluq məhkəmə iddiasını udmuşdu. Beləliklə, saxta “Moncler” məhsulları satan 50 sayt bağlanmışdı.

publika.az