Napolyon Bonapartın ingilis dilində yazdığı məktub Parisdə təşkil edilən hərracda 405 min dollara satılmışdır.
Hərracı təşkil edən Osenat Hərrac Evi bildirmişdir ki, məktuba gözlənilən qiymətdən beş qat artığına alıcı tapılmışdır.
Napolyonun 1816-cı ildə ingilis dili müəlliminə yoxlamaq üçün göndərdiyi ev tapşırığında imperatorluğun qartal fiqurlu bal mumu möhürü əks olunmuşdur.
Hərracda satılan mətnin Napolyonun yazdığı 3 ingiliscə məktubdan biri olduğu vurğulanmışdır.
Xatırladaq ki, 1815-ci il iyun ayında “Waterloo” döyüşündə ingilislərə məğlub olan Napolyon Cənubi Atlantikadakı Sainte-Helene adasına sürgünə göndərilmişdir. 1815-ci il avqust və oktyabr ayları arasında ingilis gəmisində düşmənlərinin dilini öyrənməyə and içən Napolyon Fransız inqilabında Londonda ingiliscəni yaxşı bilən Las Kasesdən ilk dərslərini almağa başlamışdır.
Las Kases 1823-cü ildə nümayiş olunan Sainte-Helen xatirələrində, 1821-ci ilin may ayında 51 yaşında adada ölən Napolyonun ingilis dilini oxuya bilməməkdən utandığını, ingilis dili dərslərinə daha da ciddi yanaşdığını bildirmişdir.
AzərTAc