Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunacaq
18.4.2016

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ölkəmizdə yaşayan milli azlıqlara məxsus festival keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, festivalda ölkəmizin regionlarında yaşayan azlıqların folklor nümunələri, kulinariya və əl işləri nümayiş ediləcək.

Qeyd edək ki, aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

azertag.az