Dünya boyu artan sayda insanlar yaxşı yeyir və uzun həyat sürürlər. Lakin bununla yanaşı, onlar çox az hərəkət edirlər.
Çoxlu yemək və az hərəkət etmək şəkər xəstəliyi riskini artırır. Dünyada 422 miliyon insan bu problemdən əziyyət çəkir və xüsusən də yoxsul ölkələrdə bu getdikçə əsas problemə çevrilir.
Şəkər xəstəliyinə tutulmuş insanın müalicəsi iki faktordan aslıdır. Birincisi, xəstəliyin düzgün diaqnostikasıdır. İkincisi isə düzgün dərmanın dozasını müəyyən etməyi bacarmaq.
Düzgün olmayan diaqnostika və yanlış müalicə kursu daha çox problemlərə yol aça bilər.
Riçard Oram: "Əgər siz ikinci dərəcəli şəkər xəstəsinə birinci dərəcə olaraq diaqnoz qoysanız, onlar həyatlarının yerdə qalan hissəsini insulinə bağlı olaraq keçirəcəklər. Daha dəhşətlisi odur ki, əgər birinci dərəcəliyə ikinci dərəcə şəkər xəstəsi diaqnozu qoyulsa, o zaman onlar lazımi insulinlə müalicə olunmayacaq və həyati təhlükə ilə üzləşəcəklər".
Eksiter Tibb Məktəbi tərəfindən yeni ixtira olunmuş cihaz xəstənin DNT-sində 30 genetik variant ölçür və birinci və ikinci dərəcəli xəstəliyin risklərini hesablayır.
Alimlər hazırda daha sadə yolla, smartfon applikasiyası vasitəsilə DNK ilə müəyyən olunan test inkişaf etdirməyə çalışırlar.
Bununla yanaşı, Cənubi Koreya nanotexnologiyaya dayanan şəkər xəstəliyinə yoluxanlarda inyeksiya zamanı ağrı və stresi aradan qaldıracaq strip inkişaf etdiriblər.
"Cihaz vasitəsilə qandakı şəkər miqdarını qan nümunəsi götürmədən və iynə batırmadan qlükoza səviyyəsinə nəzarət etmək olar".
Cihazın mikroiynəsi ağrı hiss etdirmədən toxumaya daxil olur. Cihaz qlükoza səviyyəsinin normaldan yüksək olduğunu hiss etdiyi vaxt, kiçik qızdırıcı element lazımi dərmanı qan dövranına daxil edir.
Sınaq siçanlar üzərində müvəffəqiyyətlə keçib. Alimlər ümid edirlər ki, onlar yaxın zamanlarda cihazı insanlar üzərində sınaqdan keçirəcəklər.
Bu yolla təcrübələr baha olsa da, alimlər deyirlər ki, kütləvi istehsala başlayandan sonra qiymətlər ucuzlaşacaq.
saglamolun.az