Vaşinqtonda yeni İpək Yolunun imkanları təqdim olunacaq
18.4.2016

Aprelin 28-də Vaşinqtonda "Şərq-Qərb" Transxəzər nəqliyyat və tranzit dəhlizi" forumu keçiriləcək.

Forum Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin ABŞ-dakı səfirlikləri tərəfindən təşkil olunacaq.

Tədbirin məqsədi dünyanın biznes dairələri üçün müasir İpək Yolu layihəsinin və ora investisiya yatırmaq imkanlarının təqdimatıdır. İş adamları bu regional layihədə iştirak edəcəyi təqdirdə əldə edə biləcəyi xeyir barədə məlumatlandırılacaq.

report.az