Bu gün müğənni Röyanın ad günüdür
14.6.2012

Bu gün müğənni Röya 30 yaşını qeyd edir. Lent.az-ın məlumatına görə, sənətçi yubileyini təntənəli şəkildə qeyd etməkdən imtina edib.

O, yalnız ailəsi və yaxın dostları ilə birgə ev şəraitində məclis keçirmək qərarına gəlib. Müğənninin prodüseri Kənan bildirib ki, müğənninin fanatları və yaxın dostları bu axşam onun üçün gözlənilməz sürpriz edəcəklər: “Neçə aydır ki, bu iş üçün çalışmışıq. Bu gün o sürprizi təqdim edəcəyik. Əslində təklif fanatlardan gəlmişdi. Amma dostlarının birgə əməyə nəticəsində hazırladıq. Həqiqətən Röyanı təəccübləndirəcək bir hədiyyə olacaq”.

http://lent.az