Gəncə Dövlət Dram teatrının kollektivi Türkiyə Respublikasına qastrol səfərinə yola düşüb.
Yaradıcı kollektiv Konya şəhərində keçiriləcək Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında (“Min nəfəs, bir səs”) Turqay Narın “Şəhrizadın oyunu” mistik-psixoloji dramını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Pyesdə əsas rolları əməkdar mədəniyyət işçisi Yusif Cəfərov, Sevda Orucova, əməkdar artistlər Salamulla İsmayılov, Novruz Cəfərov və digərləri ifa edirlər.
Artıq 9-cu dəfə reallaşan bu qastrola teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir. Teatrın direktoru bildirib ki, mayın 5-dək davam edəcək qastrol səfərində aktyorlar Giresun şəhərində də tamaşaçılar qarşısında çıxış edəcəklər.
azertag.az