İspaniyanın sənaye, energetika və turizm naziri Xose Manuel Soriyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya biznes-forumu keçiriləcək.
Foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir.
Tədbir aprelin 26-da saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində baş tutacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvətlidir.
report.az