“JiaJia” adlı qadın robot yaradıldı
18.4.2016

Çinin Xefey şəhərində yerləşən Elm və Texnologiya Universitetinin alimləri tərəfindən yaradılan “JiaJia” adlı qadın robotun təqdimatı keçirilib.

Bu barədə Çin KİV-ləri məlumat yayıb.

“JiaJia” universitetin kampusunda jurnalistlər və tamaşaçılar üçün poz verib. Bütün arzu edənlər qadın-robotla selfi ediblər. Bu android danışa bilir, hərəkət edir və canlı mimikaya sahibdir.

Alimlərin sözlərinə görə, onlar bu robotu 3 il müddətində yaradıblar və daha əvvəlki nəsildən fərqli olaraq, onun gözləri daha təbii hərəkət edir. Onun nitqi isə sifət cizgiləri ilə sinxron hərəkət edir.

lent.az