Böyük Britaniyada alimlər iflic xəstələrini sağaldacaq kompyuter oyunları hazırlamışlar.
Həmin oyunlar iflic olan xəstələrin əllərini və qollarını tərpədə bilməsi, hətta daha sonra sərbəst hərəkət etməsinə yardım edəcəkdir.
“Circus Challenge” adlı oyun 3 mərhələdən ibarətdir. Birinci mərhələdə xəstələr əl barmaqlarını, sonrakı mərhələdə isə ümumilikdə əllərini və qollarını tərpədə bilirlər.
Bu oyunun xəstəxanada müalicədə daha səmərəli nəticə verəcəyi proqnozlaşdırılır.
AzərTAc