Tanımış şair, Bədii Tərcümə Mərkəzinin direktoru Səlim Babullaoğlu Serbiyanın əcnəbi sənət adamlarına, o cümlədən ədəbiyyatçılara verilən “ARTE” beynəlxalq ədəbiyyat mükafatına layiq görülüb.
“ARTE” beynəlxalq ədəbiyyat mükafatı uzun illər ədəbi yaradıcılıqla məşğul olmuş, eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar, tərcüməçilər, tənqidçilər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insanlara verilir. Bu il dördüncü dəfə veriləcək mükafatı indiyə qədər Xorvatiya, Sloveniya və Rumıniyadan olan tanınmış şairlər, ədəbiyyatçılar alıblar.
Qeyd edək ki, bu xəbəri S.Babullaoğluna “ARTE” beynəlxalq ədəbiyyat mükafatı komissiyasının əlaqələndiricisi, serb rejissoru Miodrag Yakşiç bildirib.
azertag.az