Tanınmış şair-publisistin “Sözün yeddi gözəli”
20.4.2016

“Vətən” nəşriyyatında tanınmış şair-publisist Əli Rza Xələflinin “Sözün yeddi gözəli” adlı kitabı çapdan çıxıb.

Ayrı-ayrı vaxtlarda nəşr etdirdiyi monoqrafiyaları ilə artıq ədəbiyyatşünas kimi tanınmış müəllif kitabda son illərdə ədəbi fəallığı ilə seçilən sənətkar xanımların yaradıcılığını təhlil edib. Kitab oxuculara -Salatın Əhmədli, Xuraman Vəfa, Gülxani Pənah, Şirin Şadiman, Fəridə Ləman, Zəminə Xınalı və Zərəngiz Dəmirçi Qayalı ilə ətraflı tanışlıq imkanı yaradıb.

Bildirilib ki, kitabda ayrı-ayrı ədəbi oçerklər, portret və esselər rəvan bir dillə yazıldığından oxucular tərəfindən maraqla qarşılanıb.

azertag.az