Aprelin 23-də Bakının Nəsimi rayonunda yerləşən “Zorge” parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrlərinin təşkilatçılığı ilə ikinci dəfə “Oxu günü” keçiriləcək.
“Hədəf” nəşrlərindən bildirilib ki, ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olan, Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, “Medika Hospital”, “Qlobal Karyera” İnstitutu, “ASAN Könüllüləri” və “Hədəf” kurslarının təşkilati dəstək verdiyi “Oxu günü”ndə şairə Zərəngiz Dəmirçi Qayalının “Xan” nəşriyyatında çapdan çıxmış “Oğul” kitabının da təqdimatı, müəllifin oxucularla görüşü və “imza günü” keçiriləcək.
Müəllif iştirakçıların suallarını cavablandıracaq, imzası ilə kitablarını oxuculara təqdim edəcək.
azertag.az