Bülbül adına orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi Tofiq Rzayevin “Violin və fortepiano üçün instrumental silsilə” və “Fleyta, klarnet və fortepiano üçün trio” musiqi əsərləri Ukraynada keçirilən gənc bəstəkarların beynəlxalq “Gradus ad Parnassum” müsabiqəsində birinci yerə layiq görülüb.
Bu gənc musiqiçinin qalib olduğu sayca dördüncü müsabiqədir. Onun bəstəkarlıq ixtisası üzrə müəllimi Boston və Qraz müsabiqələrinin qalibi, bəstəkar Ayaz Qəmbərlidir.
azertag.az