Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş aprelin 29-da saat 10:00-da Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Horadiz şəhəri H.Əliyev prospekti) olacaq.
Qəbulda Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşları iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin 15 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət edə (əlaqə telefonları: 026-315-52-57, 050-226-36-16, 050-663-32-42) bilərlər.
report.az