Həftəsonu Gənc Tamaşaçılar Teatrında göstəriləcək tamaşalar
20.4.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar vəd edir. Teatrdan verilən məlumata görə, aprelin 22-dən 24-dək teatrda “Ağ ölüm”, “Əlibaba və qırx quldur”, “Hasarın o üzü”, “Yatmış gözəl”, “Mənim ağ göyərçinim” tamaşaları nümayiş etdiriləcək. 

Bundan başqa teatrda 25-27 aprel tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində tamaşaçılara və Bakının qonaqlarına “Ana qaz”, “Mən gəldim qızlar”, “III Riçard”, “Şeyx Sənan” tamaşaları təqdim olunacaq.   

7-ci Qlobal Forumu çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün nümayiş etdiriləcək tamaşalar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq. Sözügedən tamaşaların ingilis dilində tərcüməsi səhnədə quraşdırılmış subtitrlər (qaçan sətirlər) vasitəsilə ötürüləcək.

lent.az